Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun baş qərargahında toplantı keçirilib

Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun baş qərargahında toplantı keçirilib Toplantıda Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyinə təkliflər təqdim olunub
Mədəniyyət siyasəti
6 Dekabr , 2016 10:21
Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun baş qərargahında toplantı keçirilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Parisdə YUNESKO-nun baş qərargahında Ümumdünya Mədəniyyətlərarası Dialoq Beynəlxalq işçi qrupunun ekspert görüşü və ali toplantısı keçirilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəsmilərinin iştirakı ilə reallaşıb.

Ali toplantıdan əvvəl keçirilən işçi qrupun ekspert görüşündə nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, işçi qrupun katibi Vasif Eyvazzadə və Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək “Bakı prosesi”, gələcək forumun prioritetləri, tərəfdaş beynəlxalq təşkilatlardan gözləntilər barədə məlumat veriblər. Görüşdə adı çəkilən beynəlxalq qurumların nümayəndələri təmsil etdikləri təşkilatların mayın 5-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyinə öz təkliflərini təqdim edib və bu təkliflər ətrafında müzakirələr aparıblar.

Toplantıya sədrlik edən mədəniyyət və turizm Naziri Əbülfəs Qarayev yüksək səviyyəli rəsmilərə iclasda iştirak etdiklərinə, Prezident İlham Əliyevin “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünə göstərdikləri dəstəyə və tərəfdaşlığa görə təşəkkürünü bildirib.

YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycan hökumətinin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələri alqışlayaraq “Bakı prosesi”nin həm mədəniyyətlər arasında dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platforma olduğunu qeyd edib və rəhbərlik etdiyi qurumun IV Ümumdünya Mədəniyyətlərarası Forumunun təşkilində vacib tərəfdaş rolunda çıxış edəcəyini bildirib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir cari ilin aprel ayında Bakıda uğurla keçirilmiş VII Qlobal Forumu xatırladaraq Azərbaycan ilə “Bakı prosesi” çərçivəsində uzun illərə dayanan səmərəli əməkdaşlığın olduğunu qeyd edib, həmçinin növbəti Dünya Forumu çərçivəsində bir sıra tədbirləri təşkil edəcəklərini vurğulayıb.

Görüşün sonunda qərara alınıb ki, 2017-ci il mayın 5-6-da keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində yüksək hökumət rəhbərlərinin iştirakı ilə açılış mərasimi, dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din və inanc, turizm, təhsil, elm, gənclər, media və s. mövzularda plenar və panel sessiyalar keçirilsin.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ciildə Avropa Şurası Mədəniyyətnazirlərininkonfransında “Bakı prosesi”, 2010-cuildə BMTBaş Assambleyasında ÜmumdünyaMədəniyyətlərarası DialoqForumutəşəbbüsləriniirəlisürüb. 2008-ci ildən bəri “Bakı prosesi” regional kontekstdən qlobal hərəkata çevrilərək nüfuzlu beynəlxalq təşkilatları birləşdirən nadir qlobal platforma kimi dünya siyasətində mühüm yer tutur.

Son xəbərlər

Orphus sistemi