Azərbaycanın tarixi-dini abidələrinə qarşı ermənilərin cinayət əməlləri ilə bağlı beynəlxalq səviyyədə vəsatət qaldırılması təklif olunub

Azərbaycanın tarixi-dini abidələrinə qarşı ermənilərin cinayət əməlləri ilə bağlı beynəlxalq səviyyədə vəsatət qaldırılması təklif olunub Azərbaycan torpaqlarında tarixi-dini abidələrə qarşı ermənilərin saxtakarlıq və cinayət əməllərinin təsbit olunması üçün beynəlxalq səviyyədə müvafiq strukturlar qarşısında vəsatət qaldırılması təklif olunub.
Mədəniyyət siyasəti
25 İyul , 2019 17:51
Azərbaycanın tarixi-dini abidələrinə qarşı ermənilərin cinayət əməlləri ilə bağlı beynəlxalq səviyyədə vəsatət qaldırılması təklif olunub

Azərbaycan torpaqlarında tarixi-dini abidələrə qarşı ermənilərin saxtakarlıq və cinayət əməllərinin təsbit olunması üçün beynəlxalq səviyyədə müvafiq strukturlar qarşısında vəsatət qaldırılması təklif olunub.

"Report"un məlumatına görə, bununla bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə UNESKO kafedrasının milli irsin öyrənilməsi üzrə “Günəşin axtarışında” beynəlxalq İşçi qrupunun Azərbaycan üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirdə fikir səsləndirilib.

Dəyirmi masada çıxış edən rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, Prezident Kitabxanasının şöbə müdiri, tarixçi Nazim Mustafa, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı rəssamı Gülşən Hacıyeva, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyena və bərpası laboratoriyasının elmi işçisi Zaur Orucov, Müəllif Hüquqları Agentliyinin eksperti Elşad Əlili və başqaları Azərbaycan həqiqətlərinin dünyada çatdırılması istiqamətində görülən işləri, təqdim olunan layihələri müştərək fəaliyyətin nəticəsi olaraq yüksək qiymətləndiriblər. 

Çıxışlarda arxeoloji araşdırmalar zamanı tədiqatlara əlaqədar elm sahələri ilə yanaşı, digər sahələrdən də mütəxəssislərin cəlb edilməsi və s. məslələlərlə bağlı fikirlər səsləndirilib.

Tədbirdə Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına və araşdırılmasına böyük diqqət yetirilməsi ilə yanaşı, həm ölkəmizdə, həm də bütün Qafqaz bölgəsində zəngin irsimizin bu vaxtadək qeydə alınmayan, araşdırılmayan və qorunmayan hissəsinin, eləcə də dünya miqyasında unikal olan xristian, müsəlman və digər abidələrin pasportlaşdırılmasına ciddi zərurətin yarandığı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi