Yuxarı

Azərbaycanın milli mətbəxi, musiqisi və mədəniyyəti Ukraynada nümayiş etdirilib

Azərbaycanın milli mətbəxi, musiqisi və mədəniyyəti Ukraynada nümayiş etdirilib
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində baş tutub

Bakı. 7 may. REPORT.AZ/ Ukraynanın İvano-Frankovsk şəhərində “Karpatski Prostor” adlı beynəlxalq festival və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində ölkəmizin zəngin milli mətbəxi, musiqisi və mədəniyyəti nümayiş etdirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, üç gün davam edən festivalın açılış mərasimində Ukraynanın xarici işlər naziri Pavel Klimkin, təhsil naziri Liliya Qrineviç, İvana-Frankovsk şəhərinin meri Ruslan Marçinkiv, Ukrayna Ali Radasının deputatları və digər dövlət rəsmiləri çıxış edərək beynəlxalq festivala 30-a yaxın ölkənin tanınmış mədəniyyət və incəsənət kollektivlərinin qatıldığını bildiriblər.

Səfir Azər Xudiyev son illər Azərbaycanın dünyanın ən mötəbər mədəniyyət və idman tədbirlərinə ev sahibliyi etdiyini bildirib, ölkənin bu festivala geniş heyətlə qatıldığını vurğulayıb. Azərbaycanda multikulturalizmin və dini tolerantlığın inkişafına göstərilən xüsusi diqqət və qayğıdan bəhs edən səfir bu kimi festivalların keçirilməsini xalqlar arasında dostluğun möhkəmlənməsinə təkan verdiyini qeyd edib. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə geniş məlumat verən diplomat vurğulayıb ki, bu, Şərqdə ilk demokratik respublika olub: "Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub".

A.Xudiyev həmçinin Azərbaycanın zəngin mətbəxi, mədəniyyəti barədə məlumat verib. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri olan dolma, plov, qutab, paxlava və digər məhsullar təqdim olunub. Festivalda Ukraynada fəaliyyət göstərən Azərbaycanın “Qafqaz” mahnı və rəqs ansamblının rəngarəng çıxışları, xüsusilə də gənc müğənni Çingiz Mustafayevin şən və həzin ifaları böyük hərarətlə qarşılanıb.

Sonra mahir pianoçu Etibar Əsədlinin ifasında caz festivalına start verilib. Gənc istedadın konsertinə qatılan Ukraynanın xarici işlər naziri Pavel Klimkin Azərbaycanda bir çox sahələrlə yanaşı, mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət göstərildiyini bildirib. Festival çərçivəsində nümayiş olunan “Əli və Nino” filmi böyük maraqla qarşılanıb. Filmin nümayişi anşlaqla keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi