Yuxarı

Azərbaycanın əməkdar artisti Bişkekdə klassik musiqi festivalında iştirak edir

Azərbaycanın əməkdar artisti Bişkekdə klassik musiqi festivalında iştirak edir
Festivala həmçinin Avropa İttifaqı ölkələrindən, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyədən tanınmış musiqiçilər qatılıblar

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, dirijor Əyyub Quliyev Bişkekdə "Tengri Music" klassik musiqi festivalında iştirak edir.

"Report" "Veçernıy Bişkek"ə istinadən xəbər verir ki, festivala həmçinin Avropa İttifaqı ölkələrindən, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyədən tanınmış musiqiçilər qatılıblar.

Festivalın qonaqları Cüzeppe Verdi, Spiros Murikis kimi bəstəkarların məşhur əsərlərini, eləcə də iştirakçı ölkələrin milli kompozisiyalarını dinləmək imkanı əldə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi