Azərbaycanın daha 4 gənc istedadının adı “Qızıl kitab” yazılıb

Azərbaycanın daha 4 gənc istedadının adı “Qızıl kitab” yazılıb Prezident İlham Əliyev​ "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" sərəncam imzalayıb
Mədəniyyət siyasəti
12 Yanvar , 2017 18:04
Azərbaycanın daha 4 gənc istedadının adı “Qızıl kitab” yazılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər:

Əliyeva Zərrin Tahir qızı – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

İbrahimov Murad Aydın oğlu – Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Hacıyev Mahir Yaqub oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Elçin Nəriman oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi.

Son xəbərlər

Orphus sistemi