Azərbaycanın ABŞ-dakı səfirliyi "Dünya səfirlikləri üzrə tur" tədbirində iştirak edəcək

Azərbaycanın ABŞ-dakı səfirliyi "Dünya səfirlikləri üzrə tur" tədbirində iştirak edəcək Tədbir mayın 6-dan 13-dək ABŞ-dakı 40 səfirliyin iştirakı ilə keçiriləcək
Mədəniyyət siyasəti
19 Aprel , 2017 10:56
Azərbaycanın ABŞ-dakı səfirliyi Dünya səfirlikləri üzrə tur tədbirində iştirak edəcək

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtonda keçiriləcək "Around World Embassy Tour" ("Dünya səfirlikləri üzrə tur") tədbirində iştirak edəcək.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, tədbir mayın 6-dan 13-dək ABŞ-dakı 40 səfirliyin iştirakı ilə keçiriləcək.

Tədbir zamanı səfirliklər təmsil etdikləri ölkələrin mədəniyyətini, musiqisini, incəsənətini, dəbini və mətbəxini nümayiş etdirəcək.

Bundan əlavə, 28 Avropa ölkəsinin səfirliklərinin iştirakı ilə "Avropa İttifaqının Açıq Evi" tədbirinin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi