Azərbaycandakı Höte Mərkəzinin direktoru Bakıya gəlib

Azərbaycandakı Höte Mərkəzinin direktoru Bakıya gəlib Alfons Huq Azərbaycandan əvvəl Moskva, Rio-de-Janeyro və Laqosda Höte İnstitutunun direktoru vəzifəsində çalışıb
Mədəniyyət siyasəti
9 Sentyabr , 2017 13:39
Azərbaycandakı Höte Mərkəzinin direktoru Bakıya gəlib
Almaniya səfirliyi

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda yeni açılan və sentyabr ayından fəaliyyətə başlayan Höte Mərkəzinin direktoru Alfons Huq Bakıya gəlib.

Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni direktorun fəaliyyətə başlaması münasibətilə səfir Mixael Kindsqrabın igamətgahında rəsmi ziyafət təşkil olunub.

Səfir bildirib ki, bu, Almaniya və Azərbaycan arasında baş tutacaq "Mədəniyyət ipək yolu" layihəsi üçün əla başlanğıcdır.

Qeyd edək ki, Alfons Huq Azərbaycandan əvvəl Moskva, Rio-de-Janeyro və Laqosda Höte İnstitutunun direktoru vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi