​Azərbaycanda yeni cizgi filmlərinin istehsalı planlaşdırılır

​Azərbaycanda yeni cizgi filmlərinin istehsalı planlaşdırılır Hazırda "Mən saymağı öyrənirəm" cizgi filminin çəkilişləri davam etdirilir
Mədəniyyət siyasəti
14 Yanvar , 2015 19:38
​Azərbaycanda yeni cizgi filmlərinin istehsalı planlaşdırılır

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Azanfilm" cizgi filmləri studiyası tərəfindən 2014-cü ildə "Ən güclü kimdir" və "Köhnə mismar" adlı 2 yeni cizgi filmi istehsal olunub, "Gəlin birgə öyrənək" adlı animasiya filmləri layihəsinin həyata keçirilməsi qərara alınıb.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulan "Gəlin birgə öyrənək" layihəsinə "Rənglər" və iki seriyadan ibarət "Mən saymağı öyrənirəm" adlı animasiya filmlərinin istehsalı daxildir. Bu filmlərdən "Rənglər" musiqili animasiya filmi artıq istehsal olunaraq kiçikyaşlı tamaşaçıların ixtiyarına verilib.

Layihənin digər filmi olan "Mən saymağı öyrənirəm"in isə çəkilişləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi