Azərbaycanda yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları ilə bağlı məhdudiyyət ləğv olunub

Azərbaycanda yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları ilə bağlı məhdudiyyət ləğv olunub Milli Məclisin plenar iclasında "Mədəniyyət haqqında" qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb
Mədəniyyət siyasəti
30 Sentyabr , 2016 14:04
Azərbaycanda yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları ilə bağlı məhdudiyyət ləğv olunub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mədəniyyət haqqında" qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, layihədə qanunun 24-cü maddəsinin 4-cü bəndinin ləğv edilməsi təklif olunub.

4-cü bənddə qeyd olunub ki, yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bu layihə Milli Məclisə Prezident İlham Əliyevin təqdimatı ilə daxil olub.

Son xəbərlər

Orphus sistemi