Son illər Azərbaycanda xalçaçılıq sənayesinin inkişafı geniş füsət alıb. Təbii ki, bu sənətin inkişafında Prezident
Xalçaçı-rəssam, Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda xalçaçılıq sənəti və sənayesi Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edib: “Bu sahəyə ayrılan maliyyə yardımları ilə xalçaçılıq sənəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla bağlı həyata keçirilən bütün layihələri müsbət dəyərləndirirəm. Çünki xalçaçılıq bizim milli sənətimiz, tariximiz, ənənəmiz və qan yaddaşımızdır. Bu sənətin inkişafı ilə bağlı atılan bütün addımlar böyük əhəmiyyət daşıyır. Ona görə də bu sənətin inkişafına töhfə verən hər bir şəxsin qarşısında baş əymək bizim borcumuzdur. Xalçaçılıq sənətinin inkişafı qədimdən indiyədək necə gəlib çıxıb bilirik. Nənə evdə xalça toxuyub və yanında oturan qızı da bundan həvəslənərək öyrənib. Bu, ənənə beləliklə davam edib”.
E.Mikayılzadə bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı sərəncamla bu sənət daha da inkişaf etməyə başlayıb: “Qədim dövrlərdə evlərdə xalça toxuma ənənəsi bu gün də davam edir. Mən o qurumda hələ İstehsalat Birliyi kimi fəaliyyət göstərdiyi zaman müxtəlif vəzifələrdə işləmişəm. O zaman işçilər həm fabrikdə, həm də ev şəraitində işləyirdilər. Fabriklərə gəlməkdə çətinlik çəkən ucqar kənd sakinlərinin xalça toxumaları üçün evlərində dəzgahlar quraşdırılır və onlar üçün şərait yaradılırdı. Ona görə hesab edirəm ki, bu ənənə evlərdə də yaşadılmalıdır. Eyni zamanda mən bir məsələni də qeyd edim ki, dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalçaçılıq sənayesinin inkişafına göstərdiyi diqqət və qayğı xalçaçılıq mədəniyyətinin qorunmasına təkan verməklə yanaşı, həm də sosial əsaslara malikdir. Çünki bu istiqamətdə yeni iş yerlərinin açılması həm də insanların məşğuliyyəti deməkdir. Bununla da bu sahədə çalışan insanların gəlirləri artır”.
nbsp;
"Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanın xalçaçılıq sənəti beynəlxalq səviyyədə tanınıb".
Eldar MikayılzadəXalçaçı-rəssam &
Xalq rəssamı vurğulayıb ki, Birinci vitse-prezident
Xalçaçı-rəssam qeyd edib ki, "Azərbaycan xalçası" artıq brenddir: “Bu brend sadəcə olaraq bir müddət yaddan çıxmışdı və unudulmuşdu. Amma dövlətimizin başçısının qayğısı nəticəsində bu brend artıq bərpa olunub. Dünyada "Azərbaycan xalçası" brendə çevrilib. Azərbaycan xalçaları Orta Asiya, Uzaq Şərq xalçalarından çox fərqlənir. Çünki Azərbaycan xalçaları interaktivdir. Dünyada yeganə interaktiv xalça Azərbaycan xalçasıdır. Ona görə də dünyanın muzeylərinin marağı daha çox Azərbaycan xalçalarınadır.
Eyni zamanda, Prezident İlham Əliyev dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu çərçivədə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi Nəsimiyə həsr olunmuş bir xalçanın eskizi üçün müsabiqə elan etmişdi. Rəssamlıq Akademiyasında bizim tələbəmiz olan 3 gənc də müsabiqədə iştirak edib. Müsabiqədə Nəsiminin portreti əks olan yeni formatda, yeni obrazda xalça təqdim olundu. Həmin xalçanın müəllifi mənəm. Bu müsabiqə həm Azərbaycanda xalça sənətinə, həm də Azərbaycanın dahi şairi İmadəddin Nəsimiyə verilən yüksək qiymətin göstəricisidir”.