Yuxarı

Azərbaycanda Tatarıstan mətbəxi günü keçiriləcək

Azərbaycanda Tatarıstan mətbəxi günü keçiriləcək
Tədbirin proqramına Tatarıstanın ənənəvi un məmulatlarının hazırlanması üzrə master-klass, Tuqan tel ansamblının konsert nömrəsi daxildir

Bakı. 22 fevral. REPORT.AZ/ Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyində martın 5-də beynəlxalq Tatarıstan mətbəxi gününə həsr olunmuş tədbir keçiriləcək.

"Report" nümayəndəliyin saytına istinadən xəbər verir ki, tədbirin təşkilatçısı qismində "Tuqan Tel" Tatarıstan mədəniyyəti respublika icması çıxış edəcək.

Tədbirin proqramına Tatarıstanın ənənəvi un məmulatlarının hazırlanması üzrə master-klass, "Tuqan tel" ansamblının konsert nömrəsi, ən yaxşı qubadiya (şirin piroq - red.) hazırlanması üzrə müsabiqə, fotosərgi və s. daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi