“Azərbaycanda Rusiya Kinosu həftəsi”nin proqramı açıqlanıb

“Azərbaycanda Rusiya Kinosu həftəsi”nin proqramı açıqlanıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Sentyabrın 7-də Bakıda “Azərbaycanda Rusiya Kinosu həftəsi”nin açılış mərasimi keçiriləcək.
Mədəniyyət siyasəti
3 Sentyabr , 2018 17:39

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sentyabrın 7-də Bakıda “Azərbaycanda Rusiya Kinosu həftəsi”nin açılış mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, tədbir Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Rusiyanın “Kinofest” Prodüser Mərkəzinin təşkilatçılığı ilə təşkil ediləcək.

Açılış mərasimində Rusiya kinematoqrafiyasının və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcəklər.

Açılış mərasiminin rəsmi hisssindən sonra rejissor Sergey Mokritskinin “Çernovik” bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, Kino Günləri çərçivəsində şəhərin sakinləri və qonaqları proqrama daxil olan aşağıdakı filmləri də izləyə biləcək: “Kilimancara" (8 sentyabr, rejissor Yekaterina Telegina), "Trener" (9 sentyabr, rejissor Danila Kozlovski), "Salyut-7" (10 sentyabr, rejissor Klim Şipenko).

Filmlər Nizami Kino Mərkəzinin böyük zalında hər gün saat 18:30-da nümayiş olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi