Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Nizami Kino Mərkəzində Rusiya Filmləri Həftəsinin rəsmi açılışı olub. "Report" xəbər verir ki, "Azərbaycanfilm" Kinostudiyasının redaktoru Ayaz Salayev çıxış edərək Rusiyadan gəlmiş qonaqları salamlayıb, Rusiya kinosunun ənənələrindən, şanlı tarixindən söz açıb.
Daha sonra qonaqlar səhnəyə dəvət olunub. Rusiyalı aktyorlar adından Rusiyanın xalq artisti Boris Şerbakov danışıb. O, Bakını gözəl şəhər adlandıraraq, Azərbaycan paytaxtını Dubaya bənzədib.
Bundan sonra Rusiya Filmləri Həftəsinin ilk filmi - "Burada üfüqlər sakitdi..." filminin yeni versiyasının nümayişi ilə bir həftə davam edəcək böyük mədəniyyət tədbirinə start verilib.
Qeyd edək ki, Rusiya Filmləri Həftəsi oktyabrın 1-dən 7-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası
Film həftəsi çərçivəsində oktyabrın 1-də saat 19:00-da "Burada üfüqlər sakitdi...", oktyabrın 2-də saat 18:40-da "Yaşıl karet", oktyabrın 3-də saat 18:40-da "Quzum Dolli kinli idi, tez öldü", oktyabrın 4-də saat 18:40-da "Kabus", oktyabrın 5-də saat 18:40-da "Batalyon", oktyabrın 6-da saat 18:40-da "Ələkeçməz", oktyabrın 7-də saat 18:40-da isə "Əziz anam" bədii filmləri Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq.
Film nümayişlərinə giriş sərbəstdir.