Azərbaycanda mədəniyyət sahəsi ilə bağlı tvinninq layihəsinə yekun vurulub

Azərbaycanda mədəniyyət sahəsi ilə bağlı tvinninq layihəsinə yekun vurulub Bakı. 4 aprel. REPORT.AZ/ Avropa İttifaqının maliyyələşdirdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekun konfransı keçirilib.
Mədəniyyət siyasəti
4 Aprel , 2018 11:34
Azərbaycanda mədəniyyət sahəsi ilə bağlı tvinninq layihəsinə yekun vurulub
Report/ Elchin Murad

Bakı. 4 aprel. REPORT.AZ/ Avropa İttifaqının maliyyələşdirdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekun konfransı keçirilib.

“Report” xəbər verir ki, bağlanış tədbirində layihə çərçivəsində əldə olunan nəticələr təqdim edilib, nazirliklər, yerli və beynəlxalq təşkilatların iştirakı ilə mədəniyyət sektorunun inkişafında gələcək perspektivlər müzakirə olunub.

Tədbir nazir Əbülfəs Qarayev, İtaliyanın Azərbaycadakı səfiri Auqusto Massari, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestuti Yankauskas və bir sıra rəsmilərin iştirakı ilə baş tutub. Ə.Qarayev bildirib ki, layihə çərçivəsində regionlarda, yerli mütəxxəssislər ilə, mərkəz aparatda, muzeylərdə böyük işlər görülüb: “ Azərbaycanda mədəni irsin qorunması və onun istifadə olunması sisteminin təkmilləşdirilməsinə dair tədqiqatlar aparılıb. Layihənin məqsədi Avropa təcrübəsini Azərbaycana daxil etməkdir. İtaliyada tətbiq olunan təcrübə bizim üçün çox maraqlı oldu”.

A.Massari isə qeyd edib ki, mədəniyyət sahəsində münasibətlərin və tərəfdaşlıqların inkişaf etdirilməsi ölkələr arasında siyasi məsələlərin inkiafına da öz tövhəsini verir: “Ekspertlərimizə təşəkkür etmək istərdim ki, onlar Azəraycana gələcəkdə ölkəyə turistləri cəlb etmək üçün müvafiq bilik və bacarıqlar təmin ediblər. Layihə Azərbaycana mədəni irsi iqtisadi bir aktivə çevirmək imkanı yaradır. İtalyan ekspertlərinin əsas məqsədi burada öyrətmək, öz bacarıqlarnı bölüşmək idi”.

Qeyd edək ki, layihə Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (ENPİ) köməyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi