Azərbaycanda keçiriləcək İran Mədəniyyət Günlərinin proqramı açıqlanıb

Azərbaycanda keçiriləcək İran Mədəniyyət Günlərinin proqramı açıqlanıb Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanda keçiriləcək İran Mədəniyyət Günlərinin proqramı açıqlanıb.
Mədəniyyət siyasəti
21 İyun , 2018 13:13
Azərbaycanda keçiriləcək İran Mədəniyyət Günlərinin proqramı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanda keçiriləcək İran Mədəniyyət Günlərinin proqramı açıqlanıb.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirlər iyunun 27-də başlayacaq və iyulun 1-dək davam edəcək. 

Bu müddət ərzində İran incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulub.

Bildirilib ki, Azərbaycanda baş tutacaq İran Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə xidmət edəcək.

Mədəniyyət Günləri çərçivəsində İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılığı ilə bu ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək.

Mədəniyyət Günlərinin proqrama əsasən, iyunun 27-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran mədəniyyəti günlərin rəsmi açılışı və İran Milli Orkestrinin konserti olacaq. Həmin gün İran incəsənət ustalarının əl işləri, milli geyim nümunələrinin, turizm, xəttatlıq, foto və rəsm əsərlərindən ibarət sərginin açılışı baş tutacaq.

İyunun 28-də Nizami Kino Mərkəzində tanınmış rejissor Məhəmmədrza Məcidi Taleşin “Məhəmməd: Allahın Elçisi” bədii filminin təqdimatı keçiriləcək. Elə həmin gün Azərbaycan Dövlət Musiqili Teatrında Titovak Teatrının “İlahi Komediya. Cəhənnəm” tamaşası (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) nümayiş etdiriləcək. 

İyunun 29-da Gəncə Dövlət Filarmoniyasında İran Milli Orkestrinin konserti olacaq. 

Son xəbərlər

Orphus sistemi