Azərbaycanda iki teatra yeni direktorlar təyin olunub - YENİLƏNİB

Azərbaycanda iki teatra yeni direktorlar təyin olunub - YENİLƏNİB *** 16:54
Mədəniyyət siyasəti
17 İyul , 2018 17:06
Azərbaycanda iki teatra yeni direktorlar təyin olunub - YENİLƏNİB

*** 16:54

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanda iki teatra yeni direktorlar təyin edilib.

"Report"un xəbərinə görə, Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrına direktor təyin olunub. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov və Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov Mübariz Həmidovu kollektivə təqdim edib.

Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ teatrına direktor təyin olunub. Qeyd edək ki, bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edirdi.

Son xəbərlər

Orphus sistemi