Yuxarı

Azərbaycanda İtaliya opera günləri keçiriləcək

Azərbaycanda İtaliya opera günləri keçiriləcək
Səfir: Azərbaycandan İtaliya mədəniyyətinə böyük sevgi görürük
© Report

Bakı. 1 may. REPORT.AZ/ "Azərbaycanda İtaliya mədəniyyətinə böyük sevgi görürük və buna görə də Bakıda İtaliya opera günləri təşkil edəcəyik".

"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, bu marağı nəzərə alaraq, İtaliyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Mədəniyyət Nazirliyi ilə birlikdə bir sıra tədbirlər təşkil edib.

"Bu tədbir italyan bəstəkar Coakkino Rossininin ölümünün 150 illiyinə həsr olunur. May ayında bir neçə tədbir təşkil edəcəyik. O cümlədən "Madam Batterflay" operası nümayiş olunacaq, eləcə də sərgi keçiriləcək", - A.Massari bildirib.

Qeyd edək ki, mayın 3-də Bakı tamaşaçılarına Puççininin ölməz şedevri olan "Madam Batterflay" operası nümayiş olunacaq. Mayın 3-dən 23-dək isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının foyesində "CARA ITALIA, ALFIN TI MIRO" sərgisi keçiriləcək.

Mayın 6-da tamaşaçılara italyan bəstəkar Coakkino Rossininin iki hissəlik "Sevilya bərbəri" operası təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi