Azərbaycanda İkinci Beynəlxalq Aşıq Festivalı başlayır

Azərbaycanda İkinci Beynəlxalq Aşıq Festivalı başlayır İkinci Beynəlxaq Aşıq Festivalı noyabrın 10-dan 18-dək davam edəcək
Mədəniyyət siyasəti
10 Noyabr , 2014 09:22
Azərbaycanda İkinci Beynəlxalq Aşıq Festivalı başlayır
Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda İkinci Beynəlxalq Aşıq Festivalı başlayır.

"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, festivalın keçirilməsində məqsəd aşıq musiqisini və yaradıcılığını təbliğ etməkdir. Beynəlxalq Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Özbəkistan, Qırğızıstan və qonşu respublikalardan gəlmiş aşıqlar da, iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Festivalın açılışı noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrın binasında olacaq.

Beynəlxalq Aşıq Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir. Festivalda, həmçinin Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucardan gəlmiş aşıqların da, maraqlı çıxışları nəzərdə tutulub.

İkinci Beynəlxaq  Aşıq Festivalı noyabrın 10-dan 18-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi