Azərbaycan Xəzəryanı ölkələrin teatr festivalında iştirak edir

Azərbaycan Xəzəryanı ölkələrin teatr festivalında iştirak edir Bakı. 13 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Aktau şəhərində II Xəzəryanı Beynəlxalq Teatr Festivalı start gütürüb.
Mədəniyyət siyasəti
13 Sentyabr , 2018 16:44
Azərbaycan Xəzəryanı ölkələrin teatr festivalında iştirak edir

Bakı. 13 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Aktau şəhərində II Xəzəryanı Beynəlxalq Teatr Festivalı start gütürüb.

“Report”un verdiyi xəbərə görə, görkəmli qazax teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illiyinə həsr olunan festivalda beş Xəzəryanı ölkədən səkkiz teatr iştirak edir.

Təşkilatçılar bildiriblər ki, dörd gün davam edəcək festival müsabiqə kimi keçirilmir, yəni münsiflərin olmasına baxmayaraq, birinci, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşdirilməyəcək. Münsiflər heyətinin üzvləri Qazaxıstanın xalq artisti Əsənəli Aşimov, tanınmış rejissorlar - Təlğət Temenov və Esmuxan Obayev, habelə azərbaycanlı teatr tənqidçisi İsrafil İsrafilovdur.

Son xəbərlər

Orphus sistemi