“Azərbaycan xalçalarının açılmamış sirləri”kitabının təqdimatı olub

“Azərbaycan xalçalarının açılmamış sirləri”kitabının təqdimatı olub Azərbaycan Xalça Muzeyində “Danışan naxışlar” adlı tədbir keçirilib
Mədəniyyət siyasəti
3 Mart , 2016 21:33
“Azərbaycan xalçalarının açılmamış sirləri”kitabının təqdimatı olub

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində tədqiqatçı alim Şakir Qabıssanlının (Həmzəyev) “Azərbaycan xalçalarının açılmamış sirləri” kitabının təqdimatı keçirilib.

Muzeydən "Report"-a bildiriblər ki, müəllif kitabda yeddi min söz və işarənin, 157 xalq mahnısının, muğamların hər birinin və “Kitabi-Dədə Qorqud” dastanındakı antroponimlərin, toponimlərin, xalçalarımızdakı naxış və ornamentlərin yeni prizmadan özünəməxsus izahını və şərhini verir. Müəllif, həmçinin Orxon-Yenisey abidələrindən, “Avesta”dan, Qobustandakı qayaüstü yazılardan və “Qurani-Kərim”in ayələrindən bəhrələnib.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev, sənətşünaslıq doktoru Röya Tağıyeva, professor Ramil Əliyev və başqaları kitab haqqında fikirlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi