Yuxarı

Azərbaycan və Gürcüstan mətbəxindən bəhs edən kitab Almaniyada nəşr olunub

Azərbaycan və Gürcüstan mətbəxindən bəhs edən kitab Almaniyada nəşr olunub
Avropalı qurmanlar Azərbaycan mətbəxinin reseptləri ilə alman dilində tanış olacaqlar

Bakı. 19 iyul. REPORT.AZ/ Almaniyada "Qafqaz - Gürcüstan və Azərbaycana kulinar səyahət" adlı kitabın alman dilinə tərcüməsi nəşr olunub.

"Report" "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, kitabın müəllifi Ukrayna əsilli məşhur baş aşpaz Olqa Herkulesdir.

Kitab Almaniyanın "Knesebeck Verlag" ədəbi nəşriyyatında nəşr olunub.

Bununla da avropalı qurmanların Azərbaycan mətbəxinin reseptləri ilə alman dilində tanış olmaq imkanı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi