Azərbaycan "Ural mono-2016" Türk gəncləri festivalında iştirak edir

Azərbaycan "Ural mono-2016" Türk gəncləri festivalında iştirak edir 5 türkdilli ölkə və Rusiyanın 9 regionundan olan 56 istedadlı ifaçı və yaradıcı qrup öz məharətini göstərəcək
Mədəniyyət siyasəti
27 May , 2016 12:04
Azərbaycan Ural mono-2016 Türk gəncləri festivalında iştirak edir

Bakı. 27 may. REPORT.AZ/ Ufada 18-ci "Ural mono-2016" Türk gəncləri müsabiqə-festivalı başlayıb. 

"Report" xəbər verir ki, Azərbaycanı bu müsabiqədə vokalist Nicat Rəhimov, çalğıçılar Mədinə Şahgəldiyeva və Aygül Həsənova təmsil edəcək. 

Müsabiqədə 5 türkdilli ölkə və Rusiyanın 9 regionundan olan 56 istedadlı ifaçı və yaradıcı qrup öz məharətini göstərəcək.

Festival Rusiya Mədəniyyət Nazirliyi, Rusiya Xalq Yaradıcılığı Evinin dəstəyi ilə "Rusiya Mədəniyyəti" federal məqsədli proqram çərçivəsində keçirilir. 

Festivalın əsas məqsədi türk gənclərinin müasir milli-musiqili yaradıcılığının təbliği, türk xalqlarının milli adət-ənənələrinin qorunub saxlanılması, türk xalqları arasında mədəni əlaqələrin inkişafıdır. 

Son xəbərlər

Orphus sistemi