Azərbaycan təmsilçisi "Eurovision 2017"nin finalına vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycan təmsilçisi "Eurovision 2017"nin finalına vəsiqə qazanıb - YENİLƏNİB Diana Hacıyeva "Skeletons" mahnısını ifa edib
Mədəniyyət siyasəti
10 May , 2017 01:05
Azərbaycan təmsilçisi Eurovision 2017nin finalına vəsiqə qazanıb - YENİLƏNİB

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanın “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsində təmsilçisi Diana Hacıyeva yarışmanın finalına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, onun adı finala vəsiqə qazanmış 10 ölkə iştirakçısının sırasındadır.

D.Hacıyeva İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları “Skeletons” mahnısını ifa edib.

Qeyd edək ki, finala Moldova, Azərbaycan, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika çıxıb. İkinci yarımfinal mayın 11-də keçiriləcək. Müsabiqənin finalı isə mayın 13-də baş tutacaq. 



***23:41

Bu gün Ukraynada "Eurovision 2017"nin birinci yarımfinalı keçirilib.

"Report" xəbər verir ki, musiqi yarışmasında 18 ölkə iştirak edir.

Onlardan yalnız 10-u finalda mübarizə apara biləcək.

Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 8-ci çıxaraq "Eurovision 2017"nin birinci yarımfinalında ilk çıxışını edib. D. Hacıyeva "Skeletons" mahnısını ifa edib.

Son xəbərlər

Orphus sistemi