Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kino festivalında təmsil olunacaq

Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kino festivalında təmsil olunacaq Gürcüstanın paytaxtı Tbilisi şəhərində mayın 8-dən 13-dək “CineDOC-Tbilisi” VII Beynəlxalq Sənədli Kino Festivalı keçiriləcək.
Mədəniyyət siyasəti
30 Aprel , 2019 16:49
Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kino festivalında təmsil olunacaq

Gürcüstanın paytaxtı Tbilisi şəhərində mayın 8-dən 13-dək “CineDOC-Tbilisi” VII Beynəlxalq Sənədli Kino Festivalı keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, 30-dan çox ölkənin qatıldığı festival çərçivəsində 67 film nümayiş etdiriləcək.

Azərbaycanı beynəlxalq tədbirdə Leyli Qafarova “Bir zaman Şanxayda” və Hilal Baydarov “Bir gün Səlimpaşada” filmləri ilə təmsil edəcəklər. Hər iki sənədli film 2018-ci ildə lentə alınıb.

Festivala təqdim olunan filmlər Tbilisidəki “Amirani” kinoteatrı və Gürcüstan Ədliyyə Nazirliyinin Milli Arxivinin kinoteatrında nümayiş etdiriləcək.

Qeyd edək ki, “CineDOC-Tbilisi” Cənubi Qafqaz bölgəsində sənədli filmlərin ilk festivalıdır. 2013-cü ildən etibarən keçirilən festivalın məqsədi sənədli film janrının populyarlaşdırılmasıdır. 

Son xəbərlər

Orphus sistemi