Azərbaycan səfiri Litvanın mədəniyyət naziri ilə görüşüb

Azərbaycan səfiri Litvanın mədəniyyət naziri ilə görüşüb Liana Ruokyte-Jonsson Azərbaycanın musiqi və incəsənət kollektivlərini Litvanın müstəqilliyinin 100 illik yubiley tədbirlərinə dəvət edib
Mədəniyyət siyasəti
31 Mart , 2017 10:51
Azərbaycan səfiri Litvanın mədəniyyət naziri ilə görüşüb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin mədəniyyət naziri Liana Ruokyte-Jonsson ilə görüşüb.

Bu barədə “Report”a Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Litva arasındakı mövcud əlaqələrdən danışılıb və mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

H.Məmmədzadə Liana Ruokyte-Jonssonu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və bu ilin mayın 5-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğunu nazirin diqqətinə çatdırıb.

Azərbaycan və Litva arasında mədəniyyət sahəsində əməkdaşlıqdan söz açan səfir iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, son illər ərzində həm Azərbaycanda, həm Litvada mədəniyyət sahəsində təşkil olunan beynəlxalq festivallarda hər iki ölkənin mədəniyyət xadimlərinin iştirak etdiyini vurğulayıb.

Nazir L.Ruokyte-Jonsson iki ölkə arasında mədəniyyət sahəsindəki əməkdaşlıqdan məmnunluq ifadə edərək, Litva müstəqilliyinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi istiqamətində aparılan işlərdən danışıb və Azərbaycanın musiqi və incəsənət kollektivlərini yüz illik yubiley ilə bağlı gələn il ölkədə keçiriləcək tədbirlərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi