Azərbaycan Sankt-Peterburqda keçiriləcək mədəniyyət forumunda iştirak edəcək

Azərbaycan Sankt-Peterburqda keçiriləcək mədəniyyət forumunda iştirak edəcək Rusiya baş nazirinin müavini: "Əməkdaşlığımız davam edir, çünki Azərbaycan istedadlı insanlarla zəngin bənzərsiz xəzinədir"
Mədəniyyət siyasəti
1 Noyabr , 2017 15:20
Azərbaycan Sankt-Peterburqda keçiriləcək mədəniyyət forumunda iştirak edəcək
TASS

Bakı. 1 noyabr. REPORT.AZ/ Noyabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərində mədəniyyət forumu başlayacaq.

"Report" "Rossiya-Onlayn"a istinadən xəbər verir ki, forum Ermitajın baş qərargahının bazasında iki gün davam edəcək.

Forumda Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi gözlənilir və Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bunu təsdiq edib: "Elə bu səhər Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə danışdıq. Azərbaycandan nümayəndə heyəti forumda olacaq. Bəlkə də, elə məhz nazirin başçılığı ilə gəldilər".

Öz növbəsində, Rusiya baş nazirinin müavini Olqa Qolodets mədəniyyət sahəsində ölkələr arasındakı yaxşı münasibətlərə görə Azərbaycan tərəfinə təşəkkür edib.

"Əməkdaşlığımız davam edir, çünki Azərbaycan istedadlı insanlarla zəngin bənzərsiz xəzinədir", - baş nazirin müavini qeyd edib.

Tədbirin təşkilatçıları rekord sayda qonaq, o cümlədən, təxminən, 20 min iştirakçı və 1000 spiker gələcəyini gözləyir.

Son xəbərlər

Orphus sistemi