Yuxarı

Azərbaycan Rəssamlar İttifaqının rəhbəri MDB-nin "Birliyin Ulduzu" mükafatına layiq görülüb

Laureatların mükafatlandırılması mərasimi dekabr ayında Moskvada keçiriləcək
© Nar Gallery

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Azərbaycan Rəssamlar İttifaqının rəhbəri Fərhad Xəlilov Müstəqil Dövlətlər Birliyinin (MDB) "Birliyin Ulduzu" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, "Birliyin Ulduzları" dövlətlərarası mükafatın təqdim edilməsi Şurası bu gün MDB-nin əsas humanitar mükafatının laureatlarının adlarını elan edib. Dəyərli mükafat uğrunda 8 ölkədən 12 namizəd olub.

Qeyd edək ki, "Birliyin Ulduzları" mükafatı hər il MDB ölkələrinin nümayəndələrinə dünya səviyyəli nailiyyətlərə müvafiq gələn və həm ayrı-ayrılıqda MDB ölkələrinin, həm də bütövlükdə Birliyin inkişafına xidmət edən humanitar fəaliyyət sahəsindəki ən mühüm uğurlara görə təqdim olunur. Mükafatın məbləği 2 milyon rubldur (59,2 min manat).

Laureatların mükafatlandırılması ilə bağlı təntənəli mərasim dekabr ayında - MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının Forumu keçirilən zaman Moskvada baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi