Azərbaycan Prezidenti Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
Mədəniyyət siyasəti
11 Fevral , 2015 18:28
Azərbaycan Prezidenti Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda bildirilir ki, 2015-ci ilin iyul ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Vasif Zülfüqar oğlu Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur.

Vasif Adıgözəlov Azərbaycanın zəngin musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış şəxsiyyətlərdəndir. Bəstəkarın xalq mahnıları və muğam ənənələri zəminində dünya musiqisinin mühüm nailiyyətlərindən bəhrələnməklə ayrı-ayrı janrlarda meydana gətirdiyi çoxsaylı əsərlər Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində özünə məxsus layiqli yer tutur.

Dövlət başçısı milli musiqi mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi