Azərbaycan Parisdə “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə təmsil olunacaq

Azərbaycan Parisdə “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə təmsil olunacaq Paris sakinləri, o cümlədən turistlər zəngin mədəni irsimizdən nümunələrlə tanış ola biləcəklər
Mədəniyyət siyasəti
30 Avqust , 2017 19:20
Azərbaycan Parisdə “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə təmsil olunacaq

Paris. 30 avqust. REPORT.AZ/ Azərbaycan sentyabrın 23-25-də Parisdə keçiriləcək “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə təmsil olunacaq.

"Report"un Fransa bürosunun məlumatına görə, tədbir Fransada Azərbaycanın Dostları Assosiasiyasının və Paris Azərbaycan Evinin təşkilatçılığı ilə keçiriləcək. 

Paris sakinləri, o cümlədən dünyanın müxəlif bölgələrindən gəlmiş turistlər Sena çayının sahilində təşkil ediləcək şəhərcikdə zəngin mədəni irsimizdən nümunələrlə tanış ola biləcəklər. Belə ki, tədbirdə dadlı-ləzzətli xörəklərimizin və içkilərimizin dequstasiyası və satışı ilə yanaşı, süfrə mədəniyyəti, keşməkeşli tariximizdən xəbər verən əl işləri, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayiş olunacaq və musiqilərimiz səsləndiriləcək.

Qeyd edək ki, “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə 40 ölkə təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi