Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb

Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb Azərbaycanın kulinariya guşəsi tədbir qonaqların böyük marağa səbəb olub
Mədəniyyət siyasəti
17 Oktyabr , 2016 17:29
Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Mənim sevimli Özbək mətbəxim" adlı festival keçirilib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, festivalda Azərbaycan da təmsil olunub. 

Azərbaycan guşəsində milli mətbəxi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.

İştirakçılara Azərbaycan milli mətbəxinə aid dolma, çığırtma, kükü, habelə şəkəbura, paxlava və s. şirniyyatlar paylanıb. Eyni zamanda, Azərbaycan təmsilçiləri tərəfindən hazırlanan özbək yeməyi iştirakçıların böyük marağına səbəb olub.

Festivalın sonunda mükafatlandırma mərasimi keçirilib. Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin nəticələri yüksək qiymətləndirilib və birinci mükafata layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi