Yuxarı

Azərbaycan Özbəkistanda beynəlxalq musiqi festivalında iştirak edəcək

Azərbaycan Özbəkistanda beynəlxalq musiqi festivalında iştirak edəcək
Tədbirdə Azərbaycanı əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edəcək

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında təmsil olunacaq.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, ölkəni festivalda beynəlxalq və respublika müsabiqələri laureatı, Azərbaycanın əməkdar artisti, tarzən Sahib Paşazadə təmsil edəcək.

Qeyd edək ki, “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı Şərqin qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilir və dünyanın müxtəlif ölkələrinin təmsilçiləri bu beynəlxalq tədbirdə iştirak edirlər.

Özbək tərəfi açılış mərasimində çıxış etmək məqsədi ilə festivalda daim fərqlənən ölkələrdən, xüsusilə Azərbaycandan fəxri qonaq qismində tanınmış müğənni dəvət etməyi planlaşdırır.

Xatırladaq ki, festivalın birinci ilində, 1997-ci ildə müğənni Simarə İmanova “Qran Pri” mükafatının sahibi olub. 2001-ci ildə Azərbaycanın xalq artisti Alim Qasımov birinci yeri əldə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi