Azərbaycan nümayəndələri Moskva milli mədəniyyət festivalında iştirak edəcək

Azərbaycan nümayəndələri Moskva milli mədəniyyət festivalında iştirak edəcək "Moskva xalqları" festivalı avqustun 26-da keçiriləcək
Mədəniyyət siyasəti
21 Avqust , 2017 19:06
Azərbaycan nümayəndələri Moskva milli mədəniyyət festivalında iştirak edəcək

Bakı. 21 avqust. REPORT.AZ/ Rusiyanın paytaxtında XV Moskva mətbuat festivalı çərçivəsində avqustun 26-da Milli mədəniyyətlərin möhtəşəm bayramı - "Moskva xalqları" festivalı keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, şouda müxtəlif dinlərin və millətlərin təmsilçiləri, o cümlədən Azərbaycanın, Gürcüstanın, Rusiyanın bəzi regionlarının nümayəndələri iştirak edəcək.

Çoxmillətli paytaxtın yaradıcı kollektivləri və ifaçılar müxtəlif xalqların musiqisini, rəqslərini, poeziyasını, geyimlərini və musiqi alətlərini təqdim edəcəklər.

Festivalda həmçinin Gürcüstanı, Azərbaycanı, Rusiyanın regionlarını və s. təmsil edəcək artistlərin də iştirakı nəzərdə tutulub.

Millətlər və dinlərarası sülhün möhkəmlənməsi məqsədilə keçirilən bayram artıq beşinci dəfədir ki təşkil olunur. 

Son xəbərlər

Orphus sistemi