“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi fikir ayrılığına səbəb olub

“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi fikir ayrılığına səbəb olub Qanun layihəsi növbəti dəfə parlamentin Mədəniyyət komitəsində müzakirə ediləcək
Mədəniyyət siyasəti
29 Yanvar , 2018 13:19
“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi fikir ayrılığına səbəb olub

Bakı. 29 yanvar. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, layihə barədə komitə sədri Rəfael Hüseynov məlumat verib.

Digər deputatlar da layihə ilə bağlı fikirlərini bildiriblər. Deputat Fəzail İbrahim deyib ki, qanun layihəsi dəqiqliklə müzakirə olunduqdan sonra plenar iclasa tövsiyə olunmalıdır.

Müzakirələrin yekununda layihə plenar iclasa tövsiyə olunmayıb, qanun layihəsi növbəti dəfə parlamentin Mədəniyyət komitəsində müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi