Azərbaycan Mədəniyyəti Muzeyinin direktoruna “Gürcüstanın incəsənət xadimi” fəxri adı təqdim olunub

Azərbaycan Mədəniyyəti Muzeyinin direktoruna “Gürcüstanın incəsənət xadimi” fəxri adı təqdim olunub Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva fəxri ada layiq görülüb.
Mədəniyyət siyasəti
26 Mart , 2019 14:34
Azərbaycan Mədəniyyəti Muzeyinin direktoruna “Gürcüstanın incəsənət xadimi” fəxri adı təqdim olunub

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva fəxri ada layiq görülüb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze muzeyə baş çəkərək, L.Əliyevaya “Gürcüstanın incəsənət xadimi” fəxri adını və qızıl döş nişanını təqdim edib.

Nazir müavini bildirib ki, L.Əliyeva bu fəxri ada Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə verdiyi töhfəyə görə layiq görülüb.

M.Giorqadze L.Əliyevanı doğum günü münasibətilə də təbrik edərək, ona cansağlığı və uzun ömür arzulayıb.

Muzey direktoru onun fəaliyyətinə dövlət səviyyəsində verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, L.Əliyeva 2008-ci ildən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktorudur. Ona 2017-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. 

Son xəbərlər

Orphus sistemi