Azərbaycan Malta İncəsənət Festivalında təmsil olunacaq.
"Report"un Fransa bürosu xəbər verir ki, Fransada yaşayan azərbaycanlı rəssam Mehri Quliyeva tədbirdə iştirak edəcək.
Festival oktyabrın 24-dən noyabrın 5-dək Maltanın Qozo adasında baş tutacaq.
Qeyd edək ki, UNESKO-nun təşəbbüsü ilə 2008-ci ildən etibarən hər il dünyanın müxtəlif bölgələrində keçirilən bu beynəlxalq tədbirin məqsədi rəssamları bir araya gətirməkdə sülh naminə dialoqun inkişafına töhfə verməkdir. Rəssamlar, həmçinin
Azərbaycan artıq bir neçə ildir ki, UNESKO-nun təşəbbüsü ilə keçirilən bu beynəlxalq tədbirdə təmsil olunur.
Xatırladaq ki, azərbaycanlı rəssam Mehri Quliyeva müxtəlif rəsm atelyelərində çalışıb və Fransada bir sıra rəsm sərgilərinin iştirakçısı və qalibidir.