Azərbaycan Konqreslər Bürosunun əhatə dairəsi genişlənir

Azərbaycan Konqreslər Bürosunun əhatə dairəsi genişlənir ​Bu il 2 mehmanxana və 5 müxtəlif şirkət AKB-yə qoşulmaq niyyətindədir
Mədəniyyət siyasəti
4 Yanvar , 2015 17:54
Azərbaycan Konqreslər Bürosunun əhatə dairəsi genişlənir

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu il 2 mehmanxana və 5 müxtəlif şirkət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna (AKB) qoşulmaq niyyətindədir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, AKB ölkəmizin Beynəlxalq Görüşlər Assosiasiyasındakı yerini möhkəmlətməkdə və növbəti beş il ərzində paytaxtımızın ən azı ildə 20 beynəlxalq konqresə ev sahibliyi etməsini reallaşdırmaqda maraqlıdır.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, yarandığı iki il ərzində Azərbaycan Konqreslər Bürosu bir çox uğurlara imza atıb.

Belə ki, sözügedən qurum Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanalar, turizm və digər növ şirkətlərin birgə təşəbbüsünün nəticəsi olaraq meydana gəlmişdi. Konqreslər Bürosunun hazırda 14 üzvü vardır (brend mehmanxanaları, turizm şirkətləri və s.).

Ötən il ərzində AKB rəsmi veb səhifəsini (www.azcb.com) və loqosunu yaradıb, işgüzar turizm sahəsi üzrə ixtisaslaşmış İMEX və EİBTM sərgilərində iştirak edərək bir neçə tədbirin Azərbaycana cəlb olunmasına nail olub.

Son xəbərlər

Orphus sistemi