“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirə aparılıb

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirə aparılıb Azərbaycan Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, layihəsi hazırlanan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” ilə bağlı müzakirələr davam etdirilir.
Mədəniyyət siyasəti
12 Aprel , 2019 16:28
“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirə aparılıb

Azərbaycan Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, layihəsi hazırlanan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” ilə bağlı müzakirələr davam etdirilir.

Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, aprelin 11-də Nizami Kino Mərkəzində təşkil olunan növbəti müzakirədə ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələri və bu sahədəki ictimai təşkilatların nümayəndələri də iştirak edib.

Toplantıda konsepsiyanın hazırlanması ilə əlaqədar yaradılan və tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrup konsepsiya ilə bağlı təkliflərini təqdim edib.

İclasda Azərbaycanda kino sahəsindəki mövcud vəziyyət, film sənayesinin yenidən qurulması, sahənin inkişafı ilə bağlı problemlər və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi