Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan ilk dəfə Avropa yəhudi Mədəniyyət Günündə iştirak edəcək.
"Report" JTA-ya istinadən xəbər verir ki, mədəniyyət günü sentyabrın 4-də Portuqaliyanın Belem şəhərində keçiriləcək.
Tədbirdə Avropanın müxtəlif yerlərində yaşayan yəhudilərin mədəniyyət və məişət həyatından nümunələr təqdim olunacaq.
Bu il mədəniyyət gününə rekord sayda insanın qatılacağı gözlənilir.