Azərbaycan hökuməti ilə BMT Sivilizasiyalar Alyansı arasında saziş imzalanıb

Azərbaycan hökuməti ilə BMT Sivilizasiyalar Alyansı arasında saziş imzalanıb Əbülfəs Qarayev Londonda "Paylaşılan dünyanın çağırışları" mövzusunda Mədəniyyət Fondunun 15-ci konfransında iştirak edib
Mədəniyyət siyasəti
26 Oktyabr , 2015 12:34
Azərbaycan hökuməti ilə BMT Sivilizasiyalar Alyansı arasında saziş imzalanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londonda "Paylaşılan dünyanın çağırışları" mövzusunda Əbdüləziz Saud Əl-Babteyn Mədəniyyət Fondunun keçirdiyi 15-ci konfransda iştirak edib.

"Report" xəbər verir ki, konfrans BMT Sivilizasiyalar Alyansının təşkilatçılığı və Müqəddəs Entoni Kollecinin Orta Şərq Mərkəzinin himayəsi və İngiltərənin Oksford Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Səfər çərçivəsində nazir Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserlə görüşüb və "Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il aprelin 25-27-də Bakıda keçirilməsinə dair saziş" imzalanıb.

Saziş ev sahibi ölkə ilə BMT Sivilizasiyalar Alyansı arasında müvafiq öhdəlik və tələbləri nəzərdə tutur.
Görüş zamanı, həmçinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq məsələlərinə toxunulub. 

Son xəbərlər

Orphus sistemi