Azərbaycan hərbçiləri “Dostluq Ev”ində mədəniyyət nümunələrini nümayiş etdiriblər

Azərbaycan hərbçiləri “Dostluq Ev”ində mədəniyyət nümunələrini nümayiş etdiriblər Qonaqlar sərgi ilə yaxından tanış olmaq imkanı əldə ediblər
Mədəniyyət siyasəti
2 Avqust , 2017 13:02
Azərbaycan hərbçiləri “Dostluq Ev”ində mədəniyyət nümunələrini nümayiş etdiriblər
Mod.gov.az

Bakı. 2 avqust. REPORT.AZ/ Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Son xəbərlər

Orphus sistemi