“Azərbaycan gömrüyü mədəni irsin keşiyində: 25 il” adlı sərgi keçirilib

“Azərbaycan gömrüyü mədəni irsin keşiyində: 25 il” adlı sərgi keçirilib Sərgi Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyinə həsr olunub
Mədəniyyət siyasəti
27 Yanvar , 2017 19:07
“Azərbaycan gömrüyü mədəni irsin keşiyində: 25 il” adlı sərgi keçirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Muzey Mərkəzində “Azərbaycan gömrüyü mədəni irsin keşiyində: 25 il” adlı sərgi keçirilib. 

“Report”un məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər rəsmi şəxslərin iştirak etdiyi sərgi Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyinə həsr olunub.

Bildirilib ki, sərgidə Azərbaycanın gömrük sərhədindən müxtəlif illərdə qanunsuz keçirilməsinə cəhd edilən və gömrük orqanları tərəfindən saxlanılan milli-mənəvi dəyərlərə malik əşyalar var. Azərbaycan gömrüyünün qaçaqmalçılıqla mübarizəsi təkcə strateji əhəmiyyətli malların ölkədən qanunsuz çıxarılması, yaxud ölkəyə gətirilməsi ilə məhdudlaşmır. Gömrük sərhədlərində muzey əhəmiyyətli rəsm əsərləri, xalçalar, dini əşyalar və kitablar, qədim əlyazmalar, silahlar, qablar, sikkələr və sair aşkar olunur və saxlanılır.

Qeyd olunub ki,  son illər Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd edilən yüzlərlə qədim və qiymətli tarixi-mədəniyyət nümunələri gömrük işçiləri tərəfindən saxlanılıb və müvafiq sənədləşmə aparıldıqdan sonra müsadirə edilərək aidiyyəti qurumlara - muzeylərə, kitabxanalara, dini ocaqlara və digər müəssisələrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi