Yuxarı

Azərbaycan filmi Seulda keçiriləcək "Dünya Filmləri Həftəsində" nümayiş etdiriləcək

Azərbaycan filmi Seulda keçiriləcək "Dünya Filmləri Həftəsində" nümayiş etdiriləcək
Noyabrın 1-dən 8-dək davam edəcək tədbirə 25 ölkə qatılacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək "Dünya Filmləri Həftəsində" iştirak edəcək.

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, noyabrın 1-dən 8-dək davam edəcək tədbirə 25 ölkə qatılacaq. 

Azərbaycan festivalda SEBA Azərbaycan – Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən Koreya dilinə subtitrlə tərcümə etdirilən Asif Rüstəmovun "Axınla aşağı" filmi ilə təmsil olunacaq.

Qeyd edək ki, festival 2018-ci il Pyonqçanq Qış Olimpiya oyunları ilə əlaqədar keçiriləcək. Məqsəd iştirakçı ölkələrin mədəniyyətlərinin Koreya ictimaiyyətinə tanıdılmasından ibarətdir.

Qeyd edək ki, "Dünya Filmləri Həftəsi" ilk dəfə 2016-cı ildə keçirilib. Azərbaycan sözügedən festivalda ilk dəfə iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi