Azərbaycan-Əfqanıstan mədəni əlaqələrinin inkişafı müzakirə olunub

Azərbaycan-Əfqanıstan mədəni əlaqələrinin inkişafı müzakirə olunub Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili ilə görüşüb
Mədəniyyət siyasəti
3 İyul , 2015 16:55
Azərbaycan-Əfqanıstan mədəni əlaqələrinin inkişafı müzakirə olunub

Bakı. 3 iyul. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Nazir qarşılıqlı səfərlərin bu əlaqələri daha da intensivləşdirəcəyini bildirib. Ötən ilin martında Əfqanıstanın paytaxtı Kabildə keçirilən Novruz sammitində Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyevin iştirak etdiyini xatırladan Ə.Qarayev iki ölkə xalqlarını birləşdirən tarixi bağların, dini, mənəvi dəyərlərin olduğunu vurğulayıb.
Əfqanıstanın Azərbaycandakı səfiri iki xalq arasında dini, tarixi, mədəni yaxınlıqdan bəhs edib və bildirib ki, Əfqanıstan səfirliyinin fəaliyyəti həm də bu əlaqələrin inkişaf etdirilməsinə yönəlib.

Sonra görüşdə mədəni və turizm əlaqələri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Son xəbərlər

Orphus sistemi