​Azərbaycan ədəbiyyatı Avstriyada tanıdılacaq

​Azərbaycan ədəbiyyatı Avstriyada tanıdılacaq Aksel Veks: "Bu işə Azərbaycanın Avstriyadakı səfiri də qoşulsa, yaxşı olar"
Mədəniyyət siyasəti
22 Sentyabr , 2015 20:34
​Azərbaycan ədəbiyyatı Avstriyada tanıdılacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Veks Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin qonağı olub. Bu barədə "Report"a Mərkəzdən məlumat verilib. 

Görüşdə Avstriya-Azərbaycan mədəniyyətləri arasında əlaqələrdən, görülən və görüləcək işlərdən danışılıb. Mərkəzin direktoru Afaq Məsud rəhbərlik etdiyi qurumun ümumi fəaliyyəti barədə məlumat verərək, ədəbiyyatlararası mübadilələr, həmçinin Avstriya ədəbiyyatı ilə bağlı həyata keçirilən və həyata keçirilməkdə olan layihələrdən danışıb. 

Aksel Veks isə öz növbəsində bildirib ki, Azərbaycan ədəbiyyatının Avstriyada tanıdılması istiqamətində, həmçinin avstriyalı bədii tərcümə mütəxəssislərinin işə cəlb olunması ilə bağlı irəli sürülən təkliflərin həyata keçirilməsi üçün səfirlik əlindən gələn köməyi əsirgəməyəcək. Səfirin fikrincə, bu işə Azərbaycanın Avstriyadakı səfirliyinin də cəlb edilməsi işləri daha da asanlaşdırar.

Son xəbərlər

Orphus sistemi