Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada çıxış edib

Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada çıxış edib Tədbir Çaykovskiy adına konsert zalında baş tutub
Mədəniyyət siyasəti
27 Oktyabr , 2017 15:00
Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada çıxış edib
Report

Moskva. 27 oktyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" adlı konserti keçirilib.

"Report"un Rusiya bürosu xəbər verir ki, iki saat davam edən tədbir Çaykovskiy adına konsert zalında baş tutub.

Konsert çərçivəsində "Qaytağı" və digər məşhur Azərbaycan rəqsləri təqdim olunub, biraktlı "Koroğlu" baletinin premyerası keçirilib.

Tədbirdə Moskvanın yaradıcı ziyalıları, Azərbaycan diasporu və Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri iştirak edibləe.

Ansamblın bədii rəhbəri, Rusiyanın əməkdar artisti Dikalu Muzakayev qeyd edib ki, Moskvadakı konsert kollektiv üçün əlamətdar hadisədir.

O bildirib ki, ansambl "Mənim Azərbaycanım" proqramı ilə böyük dünya turnesinə çıxmağı planlaşdırır və növbəti səfər Türkiyənin İstanbul şəhərində bu ilin dekabr ayında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi