Yuxarı

Azərbaycan Bolqarıstandakı beynəlxalq turizm sərgisində təmsil olunacaq

Azərbaycan Bolqarıstandakı beynəlxalq turizm sərgisində təmsil olunacaq

Sofiya. 17 aprel. REPORT.AZ/ Aprelin 19-dan 21-dək Bolqarıstanın Veliko Tırnovo şəhərində "Mədəni Turizm" adlı XV Beynəlxalq Turizm sərgisikeçiriləcək.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, sərgidə Azərbaycan da təmsil olunacaq.

Vasili Levski adına İdman və Mədəniyyət Sarayında təşkil olunacaq sərgidə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, mövcud turizm marşrutları, həyata keçirilən infrastruktur layihələr barədə ətraflı məlumat veriləcək. Ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılacaq. Sərgi çərçivəsində Bolqarıstanın turizm naziri Nikolina Angelkovanın iştirakı ilə mədəni turizmə həsr olunan "dəyirmi masa" da təşkil olunacaq.

Qeyd edək ki, sərgidə Braziliya, Vyetnam, Türkiyə, Çexiya, İspaniya, Yunanıstan, Macarıstan, Polşa, Slovakiya və digər ölkələr də daxil olmaqla, tanınmış turizm məkanlarını nümayiş etdirən 50-ə yaxın bolqar və xarici şirkətlər iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi