Azərbaycan Beynəlxalq Kitab yarmarkasında iştirak edəcək

Azərbaycan Beynəlxalq Kitab yarmarkasında iştirak edəcək Sərgi sentyabrın 2-dən 6-dək keçiriləcək
Mədəniyyət siyasəti
14 Avqust , 2015 11:02
Azərbaycan Beynəlxalq Kitab yarmarkasında iştirak edəcək

Bakı. 14 avqust. REPORT. AZ/ Mədəniyyət və Turizm Nazirliyi XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq. Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, sərgi sentyabrın 2-dən 6-dək keçiriləcək.

Sərgi çərçivəsində beynəlxalq "Kitab Sənəti" müsabiqəsində qalib gələn Azərbaycan kitablarının mükafatlandırma mərasimində iştirakı planlaşdırılır.

Qeyd edək ki, Moskva Kitab Sərgi-Yarmarkası nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi