Azərbaycan Batumidə keçiriləcək beynəlxalq kinofestivalda üç filmlə təmsil olunacaq

Azərbaycan Batumidə keçiriləcək beynəlxalq kinofestivalda üç filmlə təmsil olunacaq Gürcüstanın Batumi şəhərində sentyabrın 15-dən 22-dək XIV Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF 2019) keçiriləcək.
Mədəniyyət siyasəti
10 Sentyabr , 2019 14:46
Azərbaycan Batumidə keçiriləcək beynəlxalq kinofestivalda üç filmlə təmsil olunacaq

Gürcüstanın Batumi şəhərində sentyabrın 15-dən 22-dək XIV Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF 2019) keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Gürcüstanla yanaşı Azərbaycan, Türkiyə, İran, Polşa, Almaniya, Çexiya, Ukrayna, İrlandiya, ABŞ və digər ölkələrdən iştirakçılar qatılacaq.

Azərbaycan beynəlxalq festivalda rejissor Elmar İmanovun “Mövsümün sonu”, rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” və rejissor Orxan Ağazadənin “Oturacaqlar” filmi ilə təmsil olunacaq.

“Mövsümün sonu” filmi ən yaxşı bədii, “Xurmalar yetişən vaxt” ən yaxşı sənədli, “Oturacaqlar” filmi isə ən yaxşı qısa film nominasiyaları uğrunda yarışacaqlar.

Almaniyalı rejissor Veit Helmerin Azərbaycanda çəkdiyi “Bra” filmi də festival proqramının bədii filmlər bölməsinə daxil edilib.

Kinofestivalın qaliblərini beynəlxalq münsiflər heyəti müəyyən edəcək. Tədbir çərçivəsində məşhur polşalı rejissor Kşiştof Zanussi kimi kino xadimləri master-klaslar keçəcəklər.

XIV Batumi Beynəlxalq Müəllif Kinoları Festivalı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, Milli Kino Mərkəzi, Acarıstan MR-in Mədəniyyət Nazirliyi və Turizm Departamentinin dəstəyi ilə təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi