Avropa İttifaqı Azərbaycan milli-mədəni irsinin qorunması üzrə layihə həyata keçirəcək

Avropa İttifaqı Azərbaycan milli-mədəni irsinin qorunması üzrə layihə həyata keçirəcək Bu ilin fevral ayında startı verilən layihə iki il müddətinə nəzərdə tutulub
Mədəniyyət siyasəti
23 İyun , 2016 13:18
Avropa İttifaqı Azərbaycan milli-mədəni irsinin qorunması üzrə layihə həyata keçirəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunda "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə mədəni sektor siyasəti və idarəetmə sisteminin modernləşdirilməsində dəstək" yeni tvinninq layihəsinin yerli məsləhətçisi Alessandro Byanki ilə görüş keçirilib.

"Report" xəbər verir ki, görüş layihənin həyata keçirilməsinə həsr olunub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan adət-ənənələrinin Cənubi Avropa ölkələri, o cümlədən İtaliya ilə oxşarlığını qeyd edərək ölkələr arasında elmi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

A.Byanki isə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın əsas məqsədinin Azərbaycanda mədəniyyət sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin milli-mədəni irsinin qorunması olduğunu bildirib.

Y.Mahmudov qeyd edib ki, tarixi abidələrin qorunması gələcək nəsillər üçün son dərəcə əhəmiyyətlidir: "Artıq 25 ildir Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə mədəniyyət abidələri sistemli şəkildə məhv edilir, tarixi məbədlər dağıdılır. Bu məsələ ilə bağlı Aİ-nin Mədəniyyət Komissiyasına müraciət edilməsi nəzərdə tutulub".

Qeyd edək ki, layihə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Aİ-nin birgə təşkilati dəstəyi ilə həyata keçirilir. Layihə Avropa Komissiyasında razılaşdırılıb, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu ilin fevral ayında startı verilən layihə iki il müddətinə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi