Yuxarı

Avropa Günü ilə əlaqədar Azərbaycanda bir sıra tədbirlər keçiriləcək

Avropa Günü ilə əlaqədar Azərbaycanda bir sıra tədbirlər keçiriləcək
Aİ nümayəndəliyi Lənkəranda Avropa filmlərinin nümayişini, sərgilər, konsert proqramı təşkil etməyi planlaşdırır
© Report.az

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda mayın 6-7-də Avropa Günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək.

"Report" xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ənənəvi olaraq bu günü qeyd edəcək, lakin tədbirlər Bakıda yox, Lənkəranda baş tutacaq.

Aİ nümayəndəliyi Avropa İttifaqı ölkələrinin səfirlikləri ilə birgə Lənkəranda Avropa filmlərinin nümayişini, sərgilər, konsert proqramı, tələbələrlə debatlar, müsabiqələr və başqa tədbirlər təşkil etməyi planlaşdırır.

Həmçinin mayın 11-də Masazırda Avropa Günü münasibəti ilə qaçqın və məcburi köçkünlər üçün konsert təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi